Orqanizmdə iltihab yaradan 5 qida SONU XƏRÇƏNGDİR


Digərləri 21 Fev 2020 23:55:00 220 0

Orqanizmdə iltihab yaradan 5 qida  SONU XƏRÇƏNGDİR

Məlumdur ki, bir çox şiş xəstəliklərinin səbəbi orqan və toxumalarda hüceyrə səviyyəsində güclü iltihabi prosesin baş verməsidir.

İltihab orqanizmin xəstəliklərə qarşı müdafiə formasıdır. Amma əgər iltihab uzun müddət davam edirsə, sağalmırsa, diabet, damar və ürək əzələsi xəstəlikləri, daha sonda xərçəng inkişaf edir.

Bəs bədənimizin daxilində iltihabı yaradan nədir?

60% hallarda bu qidalardır.

Son.az medicina.az-a istinadən iltihabı yaradan və artıran qidaları təqdim edir. Bu qidaları rasionda azaldıb və ya çıxarsanız, iltihabi prosesləri azalda bilərsiz.

1. Şəkər, qənd, qarğıdalı siropu

Mütəmadi olaraq orqanizmə şəkər daxil olduqda, iltihabın triqeri, yəni oyadıcısı olan çitokin hasil olur. Siz qənd, şəkərdən uzaq dura bilərsiz, amma şirin qarğıdalı siropu demək olar, şirniyyat və qablaşdırılmış şirin ərzaqlarda var. Eləcə də bir çox qablaşdırılmada şəkər fruktoza, saxaroza adı ilə qeyd olunur.

Şəkər və qarğıdalı siropu qaraciyəri piyləndirir, insulini pozur, diabet yaradır. Böyrəklərdə xroniki xəstəliklər törədir, daxili orqan və toxumalarda onkoloji şişlər yaradır.

Rasiondan qənd, şəkəri çıxarın, üzərində qarğıdalı siropu yazılmış qidaları yeməyin, şəkəri təbii baldan və quru meyvələrdən alın.

Şirniyyata olan tələbatı Omeqa 3 ilə də ödəyə bilərsiz. Kətan toxumu, yağı, qoz, fındıq, balıq və dəniz məhsulları çox yesəniz, şəkərə istəyiniz azalacaq.

2. Süni transyağlar

Müasir dövrün ən zərərli qidasıdır. Transyağları süni olaraq doymuş yağ turşularını bərkidir, onların ömrünü uzadır, nəticədə insan sağlamlığı zərər görür. Bunlara marqarin, kartof fri, qızardılmış yeməklər, qarğıdalı partlaması, qablaşdırılmış peçenye, pirojna, saxlanma müddəti 1 il və daha çox olan ərzaqlar, yarımfabrikatlar. Tərkibində bu yağlar olan qidalardan uzaq durun. Onlar immuniteti məhv edir, ürək, damar xəstəlikləri yaradır, arteriyaları tutur. Südverən qadınlarda südün keyfiyyəti pozulur.