Minik avtomobili ilə yük maşını toqquşub, xəsarət alan var


Digərləri 21 Fev 2020 23:45:00 174 0

Minik avtomobili ilə yük maşını toqquşub, xəsarət alan var

Şabran rayonunun Uzunboyad kəndində "Mazda" markalı yük avtomobili və "QAZ" markalı minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.