Bu ölkədə bəkarətin bərpası əməliyyatı qadağan edilir


Digərləri 21 Fev 2020 23:49:00 202 0

Bu ölkədə bəkarətin bərpası əməliyyatı qadağan edilir

Hökumət estetik cərrahiyə həkimlərinə bəkarətin bərpası əməliyyatı etməmək xəbərdarlığı edib.

Əgər kimsə bu xəbərdarlığa əməl etməsə, o zaman hökumət xəbərdarlığı qərarla əvəzləyərək onu rəsmiləşdiriləcək.

Son.az medicina.az-a istinadən bildirir ki, hökumətin bu qərarı almasına səbəb, nəzərdə tututlan əməliyyatların xalqın milli dəyərlərinə və adətlərinə uyğun olmamasıdır. Bundan əlavə bu tip əməliyyatlar sağlamlıq üçün də uyğun görülmür.

Söhbət Hollandiya hökuməti tərəfindən hazırlanan və irəli sürülən xəbərdarlıqdan gedir. Hollandiya Ginekoloqlar Dərnəyi artıq bakirəlik əməliyyatları etməmək qərarı alıb. Hökumət isə bildirib ki, eyni addımı onlar estetik və plastik cərrahlardan da gözləyirlər.