Azərbaycanda sərnişinlərin ən çox istifadə etdiyi nəqliyyat vasitələri açıqlanıb


Digərləri 21 Fev 2020 23:09:00 141 0

Azərbaycanda sərnişinlərin ən çox istifadə etdiyi nəqliyyat vasitələri açıqlanıb

2020-ci ilin yanvar ayında Azərbaycanda nəqliyyatçılar 148,6 milyon nəfərə və ya 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çox sərnişinə xidmət göstəriblər.

Son.az Trend-ə istinadən bildirir ki, sərnişinlərin 86,4 faizi avtomobil nəqliyyatı, 13,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 128,4 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz artım qeydə alınıb. Sərnişinlərin 96,4 faizi avtobus, 3,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 1,5 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 5,4 faiz artaraq 19,6 milyon nəfər olub.