Epidemiya ilə mübarizəyə görə toyunu təxirə salan həkim koronavirusdan vəfat edib FOTO


Dünya 21 Fev 2020 22:50:00 166 0

Epidemiya ilə mübarizəyə görə toyunu təxirə salan həkim koronavirusdan vəfat edib  FOTO

Çində yeni tip koronavirusla (COVID-2019) mübarizəyə görə toyunu təxirə salan gənc həkim virus səbəbindən vəfat edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, virusun episentri olan Uxan şəhərindəki 1-ci Xalq Xəstəxanasının həkimi olan 29 yaşlı Pen İnhua iş prosesində koronavirusa yoluxub və fevralın 20-də ölüb. Məlum olub ki, gənc pulmonoloq epidemiya ilə mübarizəyə qoşularaq, fevralın 1-nə təyin etdiyi nikah mərasimini təxirə salıbmış. Pen və nişanlısı hətta nikah mərasimindən əvvəl toy fotosessiyası da ediblər.

Onun ölümü Çində sosial şəbəkə istifadəçilərinin kədərinə səbəb olub.