Slovakiya parlamentində "tort etirazı" başa çatıb


Digərləri 21 Fev 2020 22:33:00 77 0

Slovakiya parlamentində "tort etirazı" başa çatıb

Fevralın 18-dən Slovak parlamentində "tort etirazı" keçirən altı müxalifətçi deputat öz aksiyalarına son qoyub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, çıxışlar üçün nəzərdə tutulan əsas kürsünü zəbt edən altı deputat oraya tort qoyaraq parlament iclaslarının adəti qaydada keçirilməsinə imkan vermirdilər. Aksiyanın başa çatmasından əvvəl hökumət başçısı, sosial-demokrat Peter Pelleqrini iclas zalına gətirilmiş əlavə kürsüdən çıxış edərək, siyasətçilərin bu addımını kəskin tənqid edib. O, demokratiyanın mühüm sütunlarından biri olan parlamentə qarşı həyata keçirilən aksiyanı hörmətsizlik kimi dəyərləndirib, bu addımla həmin deputatların demokratiya haqqında yanlış təsəvvürlərini çılpaqlığı ilə göstərdiklərini ifadə edib. Baş Nazirin çıxışı başa çatmamış, etirazçı deputatlar könüllü şəkildə zəbt etdikləri əsas kürsüdən uzaqlaşıblar.

Liberal düşərgəni təmsil edən altı müxalifətçi deputat mətbuat açıqlamasında öz etirazlarını bir neçə gün sonra baş tutacaq parlament seçkiləri ərəfəsində parlamentin xüsusi iclası ilə əsaslandırıblar. Həmin iclasın gündəliyinə əsasən təqaüdçülərə əlavə ödənişlərin verilməsi, uşaq pulunun artırılması və digər imtiyazlar barədə məsələlər müzakirəyə çıxarılmalıdır. Tələm-tələsik çağırılan bu iclası qeyri-qanuni hesab edən etirazçıların fikrincə, hökumət seçkilərin bir addımlığında keçirilən həmin iclasda qəbul edilən qərarlarla seçiciləri ələ almaq məqsədi güdür. Eyni zamanda, seçkilərdən sonra formalaşacaq yeni hökumət bu öhdəlikləri maliyyələşdirməkdə çətinlik çəkəcək.

Xüsusi iclasın çağırılması üçün hakimiyyətdə olan sosial-demokratlar sağçı-ekstremist "Bizim Slovakiya Xalq Partiyası"nın (LSNS) dəstəyini alıblar. Etirazçılar parlamentə gətirdikləri tortu isə əks düşərgələri təmsil edən iki partiyanın "siyasi nikahı" üçün təbrik kimi təqdim ediblər. Altı deputat iki gün medianın diqqətini öz aksiyalarına çəkə bilsələr də, parlamentin qərarına təsir etmək imkanına malik olmayacaqlar.

Koronavirusdan sağalanlarda yenidən virus aşkarlandı  Geri qayıdır like
  • 21 Fev 22:28  
Digərləri Koronavirusdan sağalanlarda yenidən virus aşkarlandı Geri qayıdır

Yuxanda koronavirus üzrə müalicə qrupunun rəhbəri professor Çjao Çzanpin

arrow Ətraflı
İkimərtəbəli ev yanıb like
  • 21 Fev 22:16  
Digərləri İkimərtəbəli ev yanıb

Cəlilabad rayonunda yanğın qeydə alınıb.

arrow Ətraflı
Bakıda “Daewoo” yanıb like
  • 21 Fev 22:12  
Digərləri Bakıda “Daewoo” yanıb

Bakı şəhərinin Xətai rayonunda "Daewoo" markalı minik avtomobili

arrow Ətraflı
“Survivor”a yeni iştirakçılar gəlir like
  • 21 Fev 22:08  
Digərləri “Survivor”a yeni iştirakçılar gəlir

"TV8" kanalında yayımlanan "Survivor" yarışmasına yeni

arrow Ətraflı
Koronavirus İrandakı mənzərəni belə dəyişdi  FOTO like
  • 21 Fev 22:04  
Dünya Koronavirus İrandakı mənzərəni belə dəyişdi FOTO

İranın Qum şəhərində 2 nəfərin koronavirusdan ölümündən sonra paytax

arrow Ətraflı
Leyla Əliyeva FAO-nun baş direktorunu Azərbaycana dəvət etdi - FOTO like
  • 21 Fev 22:01  
İqtisadiyyat Leyla Əliyeva FAO-nun baş direktorunu Azərbaycana dəvət etdi - FOTO

Fevralın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və K

arrow Ətraflı
İsveç elektrik aviasiyaya keçid strategiyasını qəbul edib like
  • 21 Fev 22:00  
Dünya İsveç elektrik aviasiyaya keçid strategiyasını qəbul edib

İsveç hava limanlarının operatoru olan dövlətə məxsus "Swedavia&quo

arrow Ətraflı
Gürcüstan vətəndaşlarını Çindən təxliyə edir like
  • 21 Fev 21:52  
Dünya Gürcüstan vətəndaşlarını Çindən təxliyə edir

Gürcüstan koronavirus səbəbindən 34 vətəndaşını Çindən təxliyə edi

arrow Ətraflı
Enerji şirkətləri artan borc yükü ilə üzləşəcək like
  • 21 Fev 21:47  
Dünya Enerji şirkətləri artan borc yükü ilə üzləşəcək

ABŞ-ın enerji sənayesinin qarşıdakı 4 il üzrə ümumi borcu 85 milyard do

arrow Ətraflı