Koronavirus oktyabra kimi yayılacaq Rusiyanın proqnozu


Dünya 21 Fev 2020 22:20:00 120 0

Koronavirus oktyabra kimi yayılacaq  Rusiyanın proqnozu

Rusiya ölkədə koronavirusun ikinci dalğa ilə geniş yayılmasının bu ilin sentyabr-oktyabr ayında baş verəcəyini proqnozlaşdırır.

Son.az medicina.az-a istinadən bildirir ki, bu barədə Seçenov Universitetinin Parazitologiya və transmissiv xəstəliklər üzrə kafedra direktoru məlumat verib.

O qeyd edib ki, yoluxmanın birinci dalğası azalır. Bu mövsüm dəyişikliyi ilə bağlıdır, çünki virus dekabr-aprel aylarında aktiv olur.

Əgər yaxın 2 həftədə Rusiyada infeksiyaya tutulmuş şəxslər aşkarlanmasa rahat nəfəs almaq olar.

Lakin yeni dalğa payızda qayıdacaq və onun necə olacağını indidən demək olmur.

COVİD 2019 virusunun öz-özünə səngiyib itməsi versiyası isə 50% özünü doğrulda bilər.