Koronavirus İrandakı mənzərəni belə dəyişdi FOTO


Dünya 21 Fev 2020 22:04:00 124 0

Koronavirus İrandakı mənzərəni belə dəyişdi  FOTO

İranın Qum şəhərində 2 nəfərin koronavirusdan ölümündən sonra paytaxt Tehranda vətəndaşlar təşvişə düşüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Tehran küçələrində insanlar artıq qoruyucu maskalarla gəzməyə başlayıb. Digər tərəfdən Qum və Arak şəhərlərində Covid-19 şübhəsi ilə karantinə götürülən daha 3 nəfərdə də koronavirusun aşkarlanması hökuməti hərəkətə keçirib. Prezident Həsən Ruhaninin təlimatı ilə "Koronavirusun qarşısının alınması və mübarizə mərkəzi" yaradılıb.

Mərkəzə Səhiyyə, Daxili İşlər, Turizm, Nəqliyyat nazirlikləri, Silahlı Qüvvələrin təmsilçiləri qatılıb.