Enerji şirkətləri artan borc yükü ilə üzləşəcək


Dünya 21 Fev 2020 21:47:00 135 0

Enerji şirkətləri artan borc yükü ilə üzləşəcək

ABŞ-ın enerji sənayesinin qarşıdakı 4 il üzrə ümumi borcu 85 milyard dollardan çoxdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Moody's" reytinq agentliyinin analitiki Səccad Alam bu fikirdədir.

O, aşağı faiz dərəcələrinə baxmayaraq, borcalan şirkətlər üçün ciddi risklərin olduğu qənaətindədir.

Belə ki, təbii qazın qiymətinin ucuzlaşması, artan hasilat və şirkətlərin karbohidrogen axtarışı fəaliyyətlərini dayandırması bu sektor üçün ciddi risklər yaradır.

"Barclays" bankının maliyyə meneceri Nik Falın fikrincə, investorlar enerji sektorundakı riskləri getdikcə daha çox mənimsəyirlər. Əmtəə qiymətlərindəki son dalğalanma, yanvarın əvvəlindəki əməliyyat azalmalarını daha da gerilədib.