Putinin avtoqrafı hərracda 340 min rubla satıldı


Dünya 21 Fev 2020 21:24:00 132 0

Putinin avtoqrafı hərracda 340 min rubla satıldı

Rusiya Prezidenti Vladimir Putinin avtoqrafı Moskvada hərrac zamanı 340 min rubla (5 min dollardan çox) satılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, həmin avtoqrafı V.Putin 2001-ci ilin sentyabrında yazıçı Valentin Zorinə kitabının qarşılığında vermişdi.

Bundan başqa, hərrac zamanı "Taxt-tac oyunları" kitabının müəllifi Corc Martinin imzası 15 min rubla (233 dollar) satılıb.

Kosmonavtlar Yuri Qaqarin, Valentina Tereşkova, isveçli uşaq yazıçısı Astrid Lindqrenin avtoqrafları da satılan imzalar arasında yer alıb.