Nə Stalin, nə Xruşov, nə də Brejnev Qarabağın ermənilərə verilməsinə razılıq vermədi, sonradan...


Digərləri 21 Fev 2020 20:49:00 142 0

Nə Stalin, nə Xruşov, nə də Brejnev Qarabağın ermənilərə verilməsinə razılıq vermədi, sonradan...

"Hələ Stalin dövründə Dağlıq Qarabağın Azərbaycandan alınaraq Ermənistana verilməsini Moskvadan istəsək də, buna razılıq verilmədi. Nə Stalin, nə Xruşov, nə də Brejnev heç cür bu məsələ ilə razılaşmadı. Ancaq Mixail Qorbaçov SSRİ Mərkəzi Komitəsinin Baş katibi seçildikdən və 1985-ci ildə ABŞ-a səfəri zamanı arvadı Raisa Qorbaçovaya erməni diasporu ilə görüşündən sonra, məsələyə müsbət cavab verildi".

Son.az ölkə.az-a stinadən xəbər verir ki, bu fikirlər 1983-cü ilin iyun ayından 1988-ci ilin mart ayına qədər Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) Dağlıq Qarabağ Muxtar Vilayəti bölməsinə rəhbərlik etmiş general-mayor Georgi Septaya məxsusdur.

Bunu "Azeri.Today"-ə müsahibəsində Georgi Septa erməni millətçilərinin separatçı fəaliyyəti və Kremlin Qarabağ münaqişəsində oynadığı rolla bağlı bəzi faktları açıqlayıb.

"Mixail Qorbaçova ABŞ-da səfərdə olarkən erməni diasporu onun arvadı Raisa Qorbaçovaya  bahalı  brilyant üzük hədiyyə ediblər və əvəzində o da zamanında Stalinin, Xruşovun və Brejnevin ermənilərə rədd cavabının əksinə olaraq Qarabağ məsələsinin onların xeyrinə həll olunmasına  razılıq verib.  R.Qorbaçova ABŞ-da olarkən erməni diasporuna cavabı bu olub: "Qarabağ məsələsi tezliklə həll olunacaq".

Özü haqqında danışan general-mayor G. Septa bildirib ki, 1939-cu ildə Naxçıvanda anadan olub və atası xüsusi xidmət orqanlaıında çalışıb. "Ona görə də əminliklə deyə bilərəm ki, "mən naxçıvanlıyam!".Çünki mənim atam Naxçıvanda  çalışıb və xidməti vəzifəsini yerinə yetirərkən orada ölüb. Onu Naxçıvanda dəfn ediblər"- G. Septa deyib.

Onun sözlərinə görə, atası 1939-cu ildə öləndən sonra anası ilə Bakıya köçüblər və burada məktəbdə çalışıb.  Anası Ali Partiya məktəbini bitirdiyindən   indiki Yasamal rayonu ərazisindəki 211 saylı məktəbin direktoru işləyib. 

Azərbaycan Pedoqoji İnstitutunu bitirdikdən sonra  komsomolda müxtəlif vəzifələrdə çalışdığını deyən  Septa bildirib ki, 1968-ci ildə Mərkəzi Komsomol Komitəsinin Plenumunda  çıxış etdim və çıxışımın bir hissəsi Azərbaycan dilində oldu. Bu çıxışımı  Azərbaycan  KQB-sinin rəhbəri Heydər Əliyevin  gördüyünü və  yanına çağırdığını deyən Septa bildirib ki, H.Əliyev ondan xüsusi xidmət orqanlarına çalışmaq istəyib-istəmədiyini soruşub. "Mən  bu təklifə hazır olmadığım üçün özümü itirdim və dedim ki, anamla məsləhətləşim. H.Əliyev məni sakitləşdirərək dedi ki, anan etiraz etməyəcək. Növbəti gün gələrək KQB-də işləmək istədiyimi dedim. Əliyev mənə baş leytenant rütbəsi  verərək Birinci şöbənin 5-ci bölməsinə rəis müavini təyin etdi. Sonra mən İkinci  bölmənin  5-ci şöbəsinin rəisi işlədim. Daha sonra isə  Azərbaycan KQB-nin kadrlar şöbəsinin rəisi işlədim. Mənim Bakıda "Ermənikənd"də böyüdüyümü və bacarğımı bildiklərindən 1983-cü ildə  Azərbaycanın o zamankı Birinci katibi Kamran Bağırov məni  Azərbaycan KQB-nin Dağlıq Qarabağ Muxtar Viləyəti üzrə bölməsinə rəis göndərdi.

Septa deyir ki, əvvəlcə orada sakitlik idi. "Erməni gənclər əsasən Ermənistandakı ali  məktəblərdə oxuyub  Qarabağa qayıdırdılar.  Özü də  ideoloji hazırlıqlı vəziyyətdə... Təbii ki, mənə  müəyyən məlumatlar çatırdı.  Mən də öz növbəmdə  təcili olaraq  bütün bu məsələləri əvvəlcə  Bakı ilə bölüşürdüm, sonra isə Moskvaya və  SSRİ KQB-nin mərkəzi aparatına xəbər verirdim. Mənim həyəcanlı siqnallarıma isə  hər hansı reaksiya verilmirdi"- G.Septa vurğulayıb.