Filmin qalasından sonra dostluqları bitdi


Digərləri 21 Fev 2020 20:29:00 104 0

Filmin qalasından sonra dostluqları bitdi

14 fevralda premyerası olan "Ağır Romantik" filminin baş obrazları Onur Tuna ilə Tuvana Türkay dostluq münasibətinə son qoyub. 

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb aktrisanın qala gecəsində həmkarını pərt etməsi olub. Ekran işinin təqdimatından sonra Onur Tuvananı "unfollow" edib. 

Türkiyə KİV-lərinin məlumatına əsasən, aktrisanın qalada açıqlaması Onurun xoşuna gəlməyib və dostluğu bitirmək qərarına gəlib.  

Qeyd edək ki, Tuvana Tunanın təqdimatda "işimizi əylənərək gördük" deməsinə gülərək ""biz çox əyləndik" kimi klişelərə girməyəcəm" cavabını verib. Bu da premyerada gərgin anların yaranması ilə nəticələnib.