Üç ölkənin lideri İdlibdəki vəziyyəti müzakirə etdi


Dünya 21 Fev 2020 20:10:48 121 0

Üç ölkənin lideri İdlibdəki vəziyyəti müzakirə etdi

Üç ölkənin liderləri İdliblə bağlı müzakirə aparıblar

Türkiyə və Fransa prezidentləri Rəcəb Tayib Ərdoğan və Emanuel Makron, o cümlədənAlmaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədəTürkiyə prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflərregiondakı mövcud vəziyyəti müzakirə ediblər:“Türkiyə prezidentiAlmaniyanın Hanau şəhəruindəki irqçi hücum zamanı ölənlər üçün başsağlığı, yarananlar üçün şəfa tapmaları arzusunu çatdırıb, əcnəbi düşmənçiliyi, ayrı-seçkilik, İslamofobiya ünsürlərini əks edən bu hücumları lənətlədiyini ifadə edib. Suriya rejimi və müttəfiqlərinin İdlibdəki təcavüzkarlıqlarını dayandırılmasını zəruri sayan Ərdoğan humanitar böhranın qarşısını almaq üçün səmərəli tədbirlərlə güclü dəstək verməyin lazım olduğunu vurğulayıb. Türkiyə prezidenti Liviya xalqının da sülh, rifah, sabitliyə qovuşması üçün sanballı siyasət yolu ilə hamılıqla səy göstərməsinin zəruri olduğunu dilə gətirib”.

Digər tərəfdən, Rusiya hökumətinin də Suriya probleminə dair Türkiyə, Fransa, Almaniya liderlərinin iştirakı ilə dördtərəfli zirvə keçirmək imkanlarını müzakirə edir.

Kremlin sözçüsü Dmitri Peskov bu barədə Almaniya və Fransa liderlərinin Rusiya prezidenti Vladimir Putinə ötən gün zəng edərək İdlib bölgəsində humanitar vəziyyətə dair narahatlıq bildirmələrini şərh edib.