Cavanşir Məmmədov: "Bakıdakı mövcud yaşıllıqların ən azı 5060 yaşı var"


Digərləri 21 Fev 2020 19:34:00 173 0

Cavanşir Məmmədov: "Bakıdakı mövcud yaşıllıqların ən azı 5060 yaşı var"

"Bakı şəhərində yaşıllıqlar əsasən 60-80-ci illərdə salındığından mövcud yaşıllıqların ən azı 50-60 yaşı var".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu səbəbdən də ağacların dekorativ nöqteyi nəzərdən yararsız vəziyyətə düşməsi, atmosferin, küləklərin təsirindən sınması, eybəcər hala düşməsi normal haldır.

C.Məmmədov əlavə edib ki, yaşı çox olan ağaclar daha çox Bakının Nizami rayonunun "8 km" adlanan ərazisindədir.