İstehsalatda bədbəxt hadisələr:


Digərləri 21 Fev 2020 19:13:00 169 0

İstehsalatda bədbəxt hadisələr:

Hər il Azərbaycanda iş yerlərində, istehsalatda baş verən qəzalarda yüzlərlə insan həyatını itirir və ya müəyyən bədən xəsarətləri alaraq əlil olur. Bu isə ölkədə işçilərin təhlükəsizliyinin kifayət qədər qorunmadığının göstəricisidir. 

Qeyd edək ki, istehsalat qəzasının növbəti qurbanı Mingəçevir şəhərindəki dəmir-beton zavodunun işçisi olub. "Azəraqrartikinti"nin zavodunda operator, Ağdam rayon sakini, 1957-ci il təvəllüdlü Sahib Mirzəyev və baş operator İmran Əsədov betonqarışdıran avadanlığa sement tökərək onu hazır vəziyyətə gətiriblər. Daha sonra İmran Əsədov betonqarışdıran avadanlığın içində Sahib Mirzəyevi görməyərək onu işə salıb. Bu zaman S. Mirzəyev betonla birgə qarışaraq xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.

Son.az Sherq.az-a istinadən bildirir ki, təhlükəsizlik məsələləri üzrə ekspert  Elmar Nurəliyev də istehsalatda baş verən qəzaların daha  çox tikinti sahəsində baş verdiyinə toxunub: 

"Hər il tikintidə onlarla qəza  baş verir. İşçilər  ağır bədən xəsarəti alır, əmək qabiliyyətini itirir, peşə xəstəliklərinə məruz qalır, bəzən də həyatlarını itirirlər".

İstehsalatda baş verən qəzaların 30 faizinin ölümlə nəticələndiyini vurğulayan ekspertə görə, bu da istehsalatda , iş yerlərində işçilər üçün sağlam əmək şəraitinin olmaması ilə əlaqədardır: