Bakının ictimai nəqliyyatında gedişi telefonun balansından ödəmək mümkün olacaq


Digərləri 21 Fev 2020 19:29:00 160 0

Bakının ictimai nəqliyyatında gedişi telefonun balansından ödəmək mümkün olacaq

"Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" şirkətinin abunəçiləri danışıq balansından istifadə edərək ictimai nəqliyyatda gediş haqqını ödəyə biləcək".

Son.az xəbər verir ki, bunu APA-ya şirkətin Korporativ ünsiyyət departamentinin rəhbəri Nigar Şıxlinskaya deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi və digər tərəfdaşlarla işlər aparılır: "Şirkət olaraq bu xidmətin tezliklə abunəçilərin ixtiyarına verməkdə çox maraqlıyıq".