Qırğızıstanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik etdi


Siyasət 21 Fev 2020 18:29:24 107 0

Qırğızıstanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik etdi

​Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Qırğız Respublikasının Prezidenti Sooronbay JeenbekovAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Ölkə daxilində mühüm siyasi hadisələrdən biri olan parlament seçkilərinin müvəffəqiyyətlə keçirilməsi münasibətilə Sizi və qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Çox şadam ki, Sizin qətiyyətli fəaliyyətiniz sayəsində Azərbaycan Respublikası öz layiqli yerini tapıb, siyasi və iqtisadi sahələrdə uğurla inkişaf edir.

Tam əminəm ki, ölkələrimiz arasında sıx dostluq və qardaşlıq münasibətləri Sizin dəstəyinizlə bundan sonra da möhkəmlənəcək və xalqlarımızın firavanlığına və inkişafına kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, 2020-ci ildə Qırğız Respublikasına Sizin rəsmi səfərinizi səbirsizliklə gözləyirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və tərəqqi diləyirəm".