İlk peşəixtisas təhsili müəssisələrində buraxılış imtahanının nəticələri açıqlandı


Digərləri 21 Fev 2020 18:29:00 111 0

İlk peşəixtisas təhsili müəssisələrində buraxılış imtahanının nəticələri açıqlandı

2020-ci il fevralın 16-da ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzindən (DİM) Son.az-a verilən məlumata görə, imtahanın nəticələri fevralın 21-də saat 15:20-dən etibarən DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 3178 nəfərdən 54 nəfər imtahana gəlməyib.