Serj Sarqsyanı təyin etdiyi hakim mühakimə edəcək


Dünya 21 Fev 2020 17:37:00 128 0

Serj Sarqsyanı təyin etdiyi hakim mühakimə edəcək

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanla bağlı cinayət işinə baxmalı olan hakim Vaqe Misakyan bundan imtina edə bilər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, V.Misakyan 2017-ci ilin noyabrında S.Sarqsyanın göstərişi ilə hakim təyin olunub.

O, məhkəmə işi ilə bağlı hər hansı bir təzyiqlə üzləşmədiyini açıqlayıb.

"Məni qorxutmayıblar və qorxutmurlar. Mən qorxan insan deyiləm", - deyə hakim bildirib.