Polis küçədə qadın və azyaşlıya zor tətbiq edilməsini araşdırıb


Digərləri 21 Fev 2020 17:10:00 134 0

Polis küçədə qadın və azyaşlıya zor tətbiq edilməsini araşdırıb

Sosial şəbəkələrdə yayılan məlumat üzrə Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsində müvafiq araşdırmalar aparılıb, avtomobil tərəfimizdən aşkarlanıb.

Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətindən Son.az-a məlumat verilib.

Bildirilib ki, həmin şəxslər müəyyən olunaraq Yasamal RPİ 29-cu Polis Şöbəsinə dəvət olunaraq izahatları alınıb. Tərəflər aralarında yaranan mübahisənin şəxsi məsələ olduğunu vurğulayaraq, şikayətləri olmadığını bildiriblər.

Faktla bağlı Yasamal RPİ 29-cu Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.