"Xəyanət edən arvadını çəkib paylaşanda elə bilirsən sənə yaxşı kişi deyirlər?"


Şou-biznes 21 Fev 2020 16:57:00 164 0

"Xəyanət edən arvadını çəkib paylaşanda elə bilirsən sənə yaxşı kişi deyirlər?"

Hansısa qadın ərinə xəyanət edir. Ər də bunu böyük qəhrəmanlıqmış kimi çəkib verir.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə yazıb. Ötən gün bir kişi həyat yoldaşını başqası ilə tutub və onun videosunu çəkərək sosial şəbəkədə yayımlayıb. Aktrisa kişini qınayaraq onun ünvanına tənqidlər səsləndirib:

"Həmin ərə sual verirəm: Video çəkib sosial şəbəkədə paylaşmaqla elə bilirsən sənə yaxşı kişi deyirlər? Birincisi, kişinin kişi olduğu yerdə xəyanətdən söhbət gedə bilməz. İkincisi, özünə və ailəsinə hörmət edən kişi arvadının biabırçı videosunu başqaları ilə paylaşmaz. Bunu etməklə səndə onun səviyyəsinə enmiş olursan.

Əgər övladın varsa, böyüyəndə bu videonu sillə kimi üzünə vuracaq. Onda nə cavab verəcəksən? Hələ bu videonu sosial şəbəkədə paylaşaraq özünə izləyici yığan səhifələr... Gənclərə nəyi təbliğ etdiyinizin fərqindəsiniz?"