Bakıda zavod direktorunun otağından 4 min manat oğurlandı


Digərləri 21 Fev 2020 16:48:00 110 0

Bakıda zavod direktorunun otağından 4 min manat oğurlandı

Bakıda çörək zavodunun direktorunun otağından qeyri-aşkar şəraitdə oğurluq edən şəxs saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Son.az-a verilən məlumata görə, yanvarın 11-də Yasamal rayon ərazisində yerləşən çörək sexinin direktorunun xidməti otağından 4 min manat pulun oğurlaması barədə "102 Zəng Xidməti"nə müraciət daxil olub.

Həmin müraciət əsasına Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər CM-nin 177, 180, 185 -ci maddələri ilə məhkum olunmuş Bakı şəhər sakini, 1997-ci il E. Həsənov müəyyən edilərək saxlanılıb.