İtinə görə Çindən ayrılmadı


Dünya 21 Fev 2020 13:41:00 162 0

İtinə görə Çindən ayrılmadı

Ötən gün koronavirusun geniş yayıldığı Çinin Uhan şəhərində yaşayan Ukrayna vətəndaşları Kiyevə təxliyə olunublar.

MilliAz qafqazinfo-ya istinadən xəbər verir ki, 3 ildir Çində yaşayıb işləyən Anastasiya Zinçenko pomerianian cinsindən olan Mişa adlı itinə görə şəhəri tərk edə bilməyib. Belə ki, Çin hökuməti Anastasiyaya 6 ay öncə aldığı itini özü ilə Ukraynaya aparmağa icazə verməyib.

Ukraynanın Çindəki səfirliyi açıqlama yayaraq bildirib ki, Mişanın sahibi ilə Çindən çıxarılması üçün əllərindən gələni etsələr də, Çin səlahiyyətlilərindən icazə ala bilməyiblər.

"Səfirlik bir neçə dəfə Çinin dövlət orqanlarına müraciət etdi və Anastasiyaya iti ilə Uhandan uçmaq üçün fürsət vermələrini istədi. Ancaq karantin tədbirləri səbəbiylə Çin səlahiyyətliləri xanım Anastasiyanın ev heyvanını evakuasiya etməyə razılıq vermədilər. Buna səbəb Anastasiyanın iti xaricə aparmaq üçün lazımi sənədlərinin olmamasıdır".

Səfirlik izah edib ki, ÇXR ərazisindən ev heyvanlarının idxalı və ixracı qaydası bu ölkənin səlahiyyətli orqanlarının müstəsna səlahiyyətidir. Əlavə ediblər ki, Anastasiyaya ev heyvanını müvəqqəti olaraq heyvanlar üçün bir otelə yerləşdirməyi təklif ediblər, amma o, bundan imtina edib.