"Buna görə nazirliyə müraciət edəcəm" Fərda


Şou-biznes 21 Fev 2020 13:35:00 127 0

"Buna görə nazirliyə müraciət edəcəm"  Fərda

Azərbaycanda "stand up" formatına dəstək olmayan birinin bizi başqa ölkədən olan sənətçiylə müqayisə etməyə haqqı yoxdur.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri "Araz" FM-də qonaq olan aktyor Fərda Xudaverdiyev deyib.

O, məktəb "stand up" məktəbi açmaq istədiyini söyləyib:

"Ən azından qatqınız olsun, sonra deyin ki, baxmışıq, bu, inkişaf deyil. Baxmaq lazımdır, öyrənmək lazımdır. Uşaq var ki, aktyorluq qabiliyyəti o qədər güclü deyil, yaradıcılıq üçün ölür. Buna görə də "stand up"a yönəltmək olar. Fikrim var ki, uşaqlar hazırlaşdırım. Onları mən hazırlaşdırıramsa, deməli, tələbələrim istedadlı olacaq. "Stand up" məktəbi açmaq istəyirəm, buna görə nazirliyə müraciət edəcəm".