Bakıda mühafizəçi qaçırdığı avtomobillə qəza törətdi


Sosial 21 Fev 2020 13:00:26 102 0

Bakıda mühafizəçi qaçırdığı avtomobillə qəza törətdi

Bakıda avtomobil qaçırılıb.

© Pexels.com

Bakıda avtomobil qaçırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki,Nəsimi Rayon Polis İdarəsinin22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Quliyev yanvarın 30-da yaşadığı evin qarşısından BMW markalı avtomobilinin mühafizəçi tərəfindən qaçırılaraq R.Behbudov küçəsində pilləkənlərə vurulmasını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb.