İran hökuməti koronavirusa görə möminlərə çağırış etdi


Dünya 21 Fev 2020 13:04:19 106 0

İran hökuməti koronavirusa görə möminlərə çağırış etdi

İranın Səhiyyə Nazirliyi möminləri Qum və Ərəkdəki müqəddəs yerləri ziyarət etməyi təxirə salmağa çağırıb.

İranın Səhiyyə Nazirliyi möminləri Qum və Ərakdakı müqəddəs yerləri ziyarət etməyi təxirə salmağa çağırıb.

“Report” İran KİV-nə istinadən xəbər verir ki, bu qərar ötən gün koronavirusa yoluxma ilə bağlı təsdiqlənmiş üç halla bağlıdır. Belə ki, yoluxanların hər 3-ü İran vətəndaşıdır və xəstəxanalarda müalicə olunur.

Bununla yanaşı, Qum şəhərində tələbə və turist düşərgələri, konfrans, seminar və digər tədbirlərikeçirməyi də təxirə salmaq tövsiyə olunur.

Qeyd edək ki, Azərbaycanın baş infeksionisti Cəlal İsayev İrandan Azərbaycana koronavirusun keçmə ehtimalınıistisna edib.