Mingəçevirdə avtomobil qaçıran 3 nəfər saxlanıldı


Sosial 21 Fev 2020 13:10:32 134 0

Mingəçevirdə avtomobil qaçıran 3 nəfər saxlanıldı

Mingəçevirdə avtomobil qaçırılıb.

© Pexels.com

Mingəçevirdə avtomobil qaçırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsinəmüraciət edən şəhər sakini E.Əfəndiyev fevralın 18-də “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil şəhər ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir sakinləri A.Abdullayev, A.Əhmədov və H.Alıyev saxlanılıb.