Elza: "Mənim adımdan siyasi məzmunlu şeirlər yayırlar"


Şou-biznes 21 Fev 2020 13:24:00 125 0

Elza: "Mənim adımdan siyasi məzmunlu şeirlər yayırlar"

Əməkdar artist Elza Seyidcahan polisə şikayət edib.

Son.az axşam.az-a istinadən bildirir ki, buna səbəb müğənninin adından sosial şəbəkədə yayılan şeir olub. Bu haqda Seyidcahan "Hər şey daxil" verilişində deyib. O bildirib ki, siyasi mövzuda şeir yazmır:

"Daxili İşlər Nazirliyinə müraciət etmişəm. Adımdan yazılan bütün şeirləri yayanları tapsınlar. Həmin şeirləri mən yazmıram. Özü də mənim adımdan siyasi xarakter daşıyan şeirlər yayırlar".