Sergey Lavrov Tbilisiyə getməkdən imtina edib?


Dünya 21 Fev 2020 13:17:56 119 0

Sergey Lavrov Tbilisiyə getməkdən imtina edib?

“Güman edirəm ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Şurasının Nazirlər Komitəsinin iclasında iştirak etmək üçün Tbilisiyə getməyəcək”.

Sergey Lavrov

“Güman edirəm ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Şurasının Nazirlər Komitəsinin iclasında iştirak etmək üçün Tbilisiyə getməyəcək”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunuRusiya Federal Məclisinin Federasiya Şurasının üzvü,senator Qriqori Karasin yerli “İmedi” televiziya kanalına bildirib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə ola bilsin ki, XİN başçısının müavini Andrey Rudenko və yaxud Rusiyanın Avropa Şurasındakı səfiri başçılıq edəcək: “Sergey Lavrovun yerinə qərar verə bilmərəm, lakin hesab edirəm ki, Rusiyanın toplantıda təmsilçilik səviyyəsi başqa cür olacaq. Bunun əsas səbəbi Gürcüstan cəmiyyətində təşvişdir. Sizin müxalifət də həmçinin həyəcanlıdır və bu da digər praktiki məsələlərin həllinə mane olur”.

Qeyd edək ki, bu ilin may ayının 14-15-də TbilisidəAvropa Şurası Nazirlər Komitəsinin iclası keçiriləcək.