Bank Respublika ölkəmizi Avropada təmsil edəcək məktəbliləri dəstəkləyəcək!


Digərləri 21 Fev 2020 13:20:00 107 0

Bank Respublika ölkəmizi Avropada təmsil edəcək məktəbliləri dəstəkləyəcək!

Finalı Belçikanın Brüssel şəhərində keçiriləcək məktəblilər arasında Avropa Pul Viktorinasının (Europian Money Quiz) ölkəmizdəki baş tərəfdaşı - Bank Respublika olacaq. Viktorina Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respubliaksının Təhsil Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə keçiriləcək.

"Avropa Pul Viktorinası" 30-a yaxın Avropa ölkəsinin məktəbliləri arasında maliyyə savadlılığı üzrə elektron daşıyıcılar vasitəsilə (telefon, planşet) keçirilən yarışdır. Viktorinada iştirak edəcək 13-15 yaşlı məktəblilərə bank-maliyyə xidmətləri, pul nişanlarının emissiyası və tədavülü, rəqəmsal ödənişlər və vergilər kimi iqtisadi mövzular üzrə suallar veriləcək.

Viktorina milli mərhələdən və Avropa finalından ibarətdir. Milli mərhələ - ilkin seçim və milli final mərhələsindən ibarətdir. İlkin seçim turu üçün bu linkdən qeydiyyatdan keçmək və müvafiq sualları cavablandırmaq lazımdır.