Koronavirus Azərbaycan dilinin orfoqrafiya lüğətinə salınıb


Sosial 21 Fev 2020 11:46:11 155 0

Koronavirus Azərbaycan dilinin orfoqrafiya lüğətinə salınıb

"Son günlər dünyada tüğyan edən yeni növ virusun - koronavirusun yayılması dilimizdə bu sözün istifadəsini artırıb"

© Report — AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu

"Son günlər dünyada tüğyan edən yeni növvirusun - koronavirusunyayılması dilimizdə bu sözün istifadəsini artırıb".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O bildirib ki, koronavirus Azərbaycan dilinə yeni daxil olan söz olduğuna görəyeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə əlavə olunub:

"Koronovirus beynəlxalq ad vəbeynəlmiləl söz olduğuna görəbiz bunu öz dilimizə tərcümə edə bilmədik. Çünki bu sözdünyadaolduğu kimi qəbul edilib. Artıq koronavirusiki sözün birləşməsindən əmələ gələn mürəkkəb söz kimiyeni lüğətimizə də salınıb. Sadəcə olaraq, lüğətdə məna qeyd olunmadığına görə bu adın da mənası qeyd olunmayacaq".

M.Nağısoylu xatırladıb ki, yeni"Azərbaycan dilinin orfoqrafiya lüğəti" mart ayında çapdan çıxacaq.