3 otaqlı evdə yanğın olub


Digərləri 21 Fev 2020 11:18:00 148 0

3 otaqlı evdə yanğın olub

Tərtər rayonunun Aşağı Mamırlı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 24 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Son.az-a məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.