Küveyt koronavirusa görə İrana uçuşları dayandırdı


Dünya 21 Fev 2020 10:51:01 128 0

Küveyt koronavirusa görə İrana uçuşları dayandırdı

Aviaşirkətin “Twitter” hesabında Səhiyyə Nazirliyi və Mülki Aviasiya Administrasiyasının növbəti bildirişinə qədər İrana bütün uçuşların bu gündən etibarən dayandırıldığı göstərilib

© Freepik.com

Küveytin milli aviadaşıyıcısı “Kuwait Airways” İranın Qum şəhərində yeni növ koronavirusla əlaqədar qeyd alınan ölüm halları fonunda virusun yayılmasından ehtiyat edərək İrana uçuşları təxirə salıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, aviaşirkətin “Twitter” səhifəsində yayılmış məlumatda Səhiyyə Nazirliyi və Mülki Aviasiya Administrasiyasının növbəti bildirişinə qədər İrana bütün uçuşların bu gündən etibarən dayandırıldığı göstərilib.

Bu arada Küveyt ehtiyat tədbirləri çərçivəsindəİranla su əlaqəsini də kəsib.

Daha əvvəl Küveytin Səhiyyə Nazirliyi ölkə vətəndaşlarını qəti şəkildə İranın Qum şəhərinə getməməyə çağırmış, oradan geri dönənlərin hamısının karantin rejimində saxlanılmasına göstəriş vermişdi.

İraq da öz növbəsində İranla sərhəddəkikeçid məntəqəsini bağlayıb.

Xatırladaq ki, fevralın 19-da İranın Qum şəhərində koronavirusa yoluxmuş2 nəfər ölüb. Fevralın 20-də isə daha 3 nəfər koronavirusa yoluxmaq şübhəsi iləxəstəxanaya yerləşdirilib.