İcra Hakimiyyəti: Bu il Sumqayıtda 2 uşaq bağçası inşa ediləcək


Digərləri 21 Fev 2020 10:56:00 125 0

İcra Hakimiyyəti: Bu il Sumqayıtda 2 uşaq bağçası inşa ediləcək

Bu il Sumqayıt şəhərində iki uşaq bağçası inşa ediləcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilir ki, yeni uşaq bağçaları şəhərin ən böyük qəsəbələrində inşa ediləcək: "Hər birinin 10 mindən çox əhalisi olan Corat qəsəbəsi və "St.Sumqayıt" yaşayış massivi ərazisində yeni uşaq bağçaları tikiləcək.

Eyni zamanda, mövcud uşaq bağçaları, məktəblər, mədəniyyət və səhiyyə ocaqları, idman qurğuları əsaslı təmir olunacaq".