Astarada 1 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı


Sosial 21 Fev 2020 10:35:22 149 0

Astarada 1 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı

Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları 1 kiloqramdan artıq narkotik vasitəni qanunsuz dövriyyədən çıxarılıb.

Azərbaycanda polis narkotik maddələrin dövriyyədən çıxarılması məqsədilə əməliyyat keçirib.

Belə ki,Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları 1 kiloqramdan artıq narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un Cənub Mərkəzinə verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Ərçivan qəsəbə sakini Rövşən Rzayev Astara şəhəri ərazisində 1 bükümdə narkotik vasitə heroini satarkən cinayət başında saxlanılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq R.Rzayevin yaşadığı evə keçirilən baxış zamanı həmin evin zirzəmisində 1 ədəd bağlamada 1,25 kiloqram narkotik vasitə tiryək, 15 ədəd kibrit qutusunda 40 qram çəkidə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Astara RPŞ-nin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat tədbirləri ilə isə rayonun Şahağacı kənd sakini S.Həsənov saxlanılıb və onun üzərindən 1 bükümdə psixatrop maddə metemafetamin aşkarlanaraq götürülüb. Davam edən əməliyyat tədbirləri ilə S.Həsənovun psixatrop maddəni həmkəndlisi R.Ağayevdən aldığı müəyyən edilib və sonuncu saxlanıldıqdan sonra satış məqsədi ilə üzərində gəzdirdiyi bir büküm metamfetamin aşkarlanaraq götürülüb.

“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R. Ağayevə narkotik vasitəni satan şəxsin Astara rayonunun Qamışovka kənd sakini S.Həsənov olduğu müəyyən edilib. S.Həsənov polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı 4 bükümdə 5,5 qram çəkidə psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Astara RPŞ-də araşdırma aparılır.