Bakıda avtomobil qaçıran şəxs tutuldu


Sosial 21 Fev 2020 10:17:35 159 0

Bakıda avtomobil qaçıran şəxs tutuldu

Bakıda avtomobil oğurlanıb.

© Pexels.com

Bakıda avtomobil oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə fevralın 1-də, paytaxtın Nəsimi rayon ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxs P.Quliyevə məxsus BMW markalı avtomobilini qaçırıb.

Daha sonra P.Quliyev hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü M.Qarayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.