Bakıda kişi və qadının qonaq getdikləri evdən meyitləri tapıldı


Digərləri 21 Fev 2020 09:44:00 131 0

Bakıda kişi və qadının qonaq getdikləri evdən meyitləri tapıldı

Bakıda qadın və kişi hamamda dəm qazından zəhərlənib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə fevralın 20-si Xəzər rayonu, Türkan qəsəbəsi "Aqroprom" bağ evlərində baş verib. 1961-ci il təvəllüdlü Natiq Cavadov və 1967-ci il təvəllüdlü Aytən Zeynalova qonaq getdikləri bağ evində hamam otağında birgə çimərkən dəm qazından zəhərlənərək ölüblər. 

Hadisə yerinə polis və prokurorluq əməkdaşları tərəfindən baxış keçirilib, meyitin müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin edilib. 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.