Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən tələbələrin analizlərinin cavabı açıqlandı


Digərləri 21 Fev 2020 09:39:00 130 0

Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən tələbələrin analizlərinin cavabı açıqlandı

Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən, Çində təhsil alan iki tələbənin analizlərinin cavabı açıqlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilir ki, Kliniki Tibbi Mərkəzə yerləşdirilən Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki tələbənin analizlərinin cavabı mənfi gəlib yəni onlarda hər-hansı bir virus aşkarlanmayıb.

Gün ərzində onların evə buraxılacaqları gözlənilir.