İranda parlament seçkiləri keçiriləcək


Dünya 21 Fev 2020 08:54:00 109 0

İranda parlament seçkiləri keçiriləcək

Fevralın 21-də İranda Məclisə (bir palatalı parlament) seçkilər keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, seçicilər 7148 namizəd arasından seçim etməlidirlər.

Ölkə üzrə seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılacaq.

Səsvermə saat 20:00-a qədər davam edəcək, lakin lazım gəldikdə məntəqələrin işi uzadıla bilər.