Meksikada zəlzələ baş verib


Dünya 21 Fev 2020 08:59:00 154 0

Meksikada zəlzələ baş verib

Meksikanın Qerrero ştatında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində Milli Seysmoloji Xidməti bildirib.

Bildirilib ki, zəlzələnin episentri Atoyak-de-Alvares şəhərindən 19 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.

Ölkə paytaxtının bir sıra rayonlarında da zəlzələ hiss olunub, hər hansı fəsadlar qeydə alınmayıb.