Həbsxana işçiləri və yüzlərlə məhbus da koronavirusa yoluxdu


Dünya 21 Fev 2020 08:48:02 121 0

Həbsxana işçiləri və yüzlərlə məhbus da koronavirusa yoluxdu

Çinin şərqi Şandun əyalətindəki həbsxanalardan birində koronavirusa kütləvi yoluxma aşkarlanıb.

Çinin şərqi Şandun əyalətindəki həbsxanalardan birində koronavirusa kütləvi yoluxma aşkarlanıb.

Bu barədə“Report” TASS-a istinadən xəbər verir.

Məlumata görə,200 məhbusun və 7 həbsxana nəzarətçisinin virusa yoluxma hadisəsi təsdiqlənib.

Fevralın 20-də yerli hakimiyyət orqanları bildirib ki, Jençen həbsxanasında 2 mindən çox məhbusun və cəzaçəkmə müəssisəsi heyətinin tibbi müayinədən keçirilməsi başa çatıb. Qeyd edilir ki, virusun aşkarlandığı bütün xəstələr hazırda müalicə kursu keçirlər.

Hazırdasanitar xidmətin əməkdaşları və ekspertlərhəbsxanada kütləvi yoluxmanın səbəbini müəyyənləşdirməyə çalışır.