Afinada tikilən ilk məscidin açılışı olacaq


Dünya 21 Fev 2020 07:35:00 106 0

Afinada tikilən ilk məscidin açılışı olacaq

"Kathemerini" qəzetinin məlumatına görə, Yunanıstanın paytaxtı Afinada yerli əhalinin etirazlarına baxmayaraq, Votanikos rayonunda ilk məscidin açılışı planlaşdırılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, istifadəyə veriləcək məsciddə iyulun 31-i günü Qurban bayramının təntənəli şəkildə qeyd olunacağı da məlumatda əks olunub. Rəsmi statistikaya görə, Yunanıstanda müsəlmanların sayı 150-200 min nəfər arasındadır. Afina Avropa paytaxlarının arasında məscidin olmadığı son şəhər idi.

Qeyd edək ki, 1832-ci ildən başlayaraq Yunanıstanın heç bir hökuməti şəhərdə məscidin inşa edilməsinə icazə verməyib. Yalnız 2013-cü ildə hökumət məscidin inşa edilməsinə 946 min avro vəsait ayırıb. Qərar müsəlman icması tərəfindən çox müsbət qarşılanıb.