239 sərnişinlə yoxa çıxan təyyarə barədə ŞOK İDDİA


Digərləri 21 Fev 2020 03:30:00 127 1

239 sərnişinlə yoxa çıxan təyyarə barədə ŞOK İDDİA

Avstraliyanın keçmiş Baş naziri Toni Abbot 2014-cü ildə yoxa çıxan Malayziya hava yollarına məxsus sərnişin təyyarəsi ilə bağlı açıqlama verib.

Son.az xəbər verir ki, o bildirib ki, təyyarənin pilotu intihar məqsədiylə nəqliyyat vasitəsini okeana çırpıb. Keçmiş hökumət başçısının sözlərinə görə, Malayziyanın yüksək rütbəli nümayəndələri də pilotun intihar etdiyi ehtimalını irəli sürür. Bildirilir ki, psixoloji problemləri olan pilot, izləmə cihazını bağladığı üçün laynerin dəqiq hansı ərazidə düşdüyünü müəyyən etmək mümkün olmayıb.

Qeyd edək ki, Kuala-Lumpur Pekin marşrutu üzrə uçan layner 239 sərnişin ilə yoxa çıxıb. 1 ildən çox aparılan axtarışlar nəticə verməyib. Müxtəlif dövrlərdə təyyarənin tapıldığına dair iddialar yayılsa da, təsdiqini tapmayıb. (publika.az)