Sorğu: Raşida Dati Parisin meri vəzifəsi uğrunda mübarizədə daha şanslıdır


Dünya 21 Fev 2020 00:45:00 182 0

Sorğu: Raşida Dati Parisin meri vəzifəsi uğrunda mübarizədə daha şanslıdır

Fransada martın 15-də və 22-də bələdiyyə seçkiləri keçiriləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Paris şəhərinin meri vəzifəsi uğrunda mübarizə aparan namizədlər arasında ilk beşlikdə Ann Hidalqonun, Raşida Datinin, Anyes Büzenin, Sedrik Vilaninin və David Belyardın adları çəkilir.

Fransanın müstəqil tədqiqat İnstitutu "Odoxa"nın "Le Figaro" və CGI Business Consulting üçün apardığı sorğuların nəticələrinə əsasən, Raşida Dati seçkilərin ilk turunda daha şanslıdır.

Sorğuların nəticəsinə əsasən, respublikaçıların namizədi R.Dati 25 faiz səs çoxluğu ilə sosialistlərin namizədi və Parisin indiki meri Ann Hidalqodan (23 faiz) irəlidədir. "İrəli Respublika" partiyasının (LREM) namizədi Anyes Büzen 17 faiz səslə üçüncü yerdədir.