Bakıda yaşayış binasının dam örtüyü yanır


Sosial 20 Fev 2020 22:58:48 128 0

Bakıda yaşayış binasının dam örtüyü yanır

Bakıda yanğın hadisəsi baş verib.

Bakıda yanğın hadisəsi baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Nəsimi rayonu, Rəşid Behbudov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.