Piyadaya yol verməyən sürücü nə qədər cərimə oluna bilər?


Digərləri 20 Fev 2020 22:50:00 122 0

Piyadaya yol verməyən sürücü nə qədər cərimə oluna bilər?

Demək olar ki, gündəlik həyatımızda hər birimiz sürücü, yaxud piyada qismində hərəkətdə oluruq. Qarşılaşdığımız mənzərələrdən biri sürücülərin piyadalara yol verməməsi və bəzən bunun nəticəsində ağır qəzaların da qaçılmaz olmasıdır.

Son.az ted.az-a istinadən bildirir ki, sürücü piyadaya yol vermədiyi halda qanunla müəyyən olunmuş məsuliyyət daşıyır.

Bəs sürücü tərəfindən piyada keçidinə daxil olmuş piyadaya yol verilmədikdə hansı cərimə tətbiq olunur?

"İnzibati Xətalar Məcəlləsi"nin 330-cu maddəsinə əsasən həm nizamlanmayan piyada keçidlərində, həm də sağa və sola dönən zaman piyadaya yol verilməməsi 50 manat cərimə olaraq qiymətləndirilir.