Windows daha etibarlıdır, yoxsa macOS?


Digərləri 20 Fev 2020 22:10:00 146 0

Windows daha etibarlıdır, yoxsa macOS?

Uzun illərdir ki, macOS-un Windows-dan daha etibarlı olduğu düşünülür. Doğrudanmı, bu belədir?

Son.az ted.az-a istinadən bildirir ki, edilən son araşdırma macOS haqqında təəccüblü həqiqəti ortaya çıxarıb.

Malwarebytes tərəfindən yayımlanan son hesabat Windows-dan fərqli olaraq, MacOS əməliyyat sisteminin təhlükə riski olduğunu açıqlayıb. Mac istifadəçilərinin bu kontekstdə ən çox qarşılaşdıqları məsələ zərərli reklam proqramıdır. İstifadəçilərin biliklərindən başqa hansısa proqramla kompüterə quraşdırılan bu tətbiq, reklamları pop-up formatında göstərərək gəlir əldə etməyə çalışır.

Bu reklam növünün arxa planda işləyərkən şəxsi məlumatları saxladığı da iddia edilir. Beləliklə, ciddi bir təhlükəsizlik zəifliyindən danışmaq olar. Sayı 2019-cu ildə ən yüksək həddə çatan bu zərərli proqram, macOS əməliyyat sistemi üçün əsas təhlükəyə çevrilib.