Masazırda avtomobil təmiri sexi yanıb


Digərləri 20 Fev 2020 22:17:00 120 0

Masazırda avtomobil təmiri sexi yanıb

Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 130 kv.m olan avtomobil təmiri sexində taxta konstruksiyalardan ibarət tikili və içərisində olan əşyalar 20 kv.m sahədə yanıb.

Son.az Trend-ə istinadən bildirir ki, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.