Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Romada naməlum əsgər abidəsini ziyarət etdilər FOTO


Siyasət 20 Fev 2020 21:51:00 151 0

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Romada naməlum əsgər abidəsini ziyarət etdilər  FOTO

İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 20-də Romadakı "Altare della Patria" memorial kompleksində naməlum əsgər abidəsini ziyarət ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı İlham Əliyev naməlum əsgər abidəsinin önünə əklil qoydu.