ABŞ Huawei üçün yeni bir maneə hazırlayır


Digərləri 20 Fev 2020 21:45:00 108 0

ABŞ Huawei üçün yeni bir maneə hazırlayır

ABŞ ötən ildən bəri bir çox Çin texnologiya şirkəti, xüsusən də Huawei ilə mübarizə aparır. Bunun əsas səbəbi Çin və ABŞ arasındakı ticarət gərginliyidir. Ağ ev tez-tez Huawei haqqında casusluq iddiaları ilə texnologiya gündəmində olur.

Son.az ted.az-a istinadən bildirir ki,  Ağ ev TSMC-nin Huawei-yə prossesor göndərməsinə qadağa qoymaq üçün əlindən gələni edəcək.

Huawei ABŞ və Çin arasındakı texnoloji hökmranlıq müharibəsinin mərkəzindədir. ABŞ avadanlıqların Çin tərəfindən casusluq üçün istifadə edilə biləcəyini iddia edir. Ancaq bu iddialar həmişə Huawei tərəfindən rədd edilib.

Qlobal prosessor satışı vasitəsilə Huawei-i aslı salmaq üçün ABŞ hakimiyyəti xarici məhsul qaydalarını bu çərçivədə birbaşa dəyişdirmək istəyir. Layihə təklifinə əsasən, xarici şirkətlər Huawei-yə prosessorlar verməzdən əvvəl ABŞ lisenziyalarını əldə etməlidirlər.